Şərtlər və Qaydalar

Məxfilik Siyasətimiz, şəxsi məlumatlarınızın necə toplanması, istifadəsi və qorunması barədə məlumat verir. Sizin məxfiliyiniz və təhlükəsizliyiniz bizim üçün prioritetdir.

Icon

Ən son yeniləmə: 24 iyul 2025

1. Giriş


Carbon Rent A Car xidmətlərindən istifadə etməklə, aşağıda qeyd olunan şərtləri qəbul etmiş olursunuz. Bu şərtlər saytımız vasitəsilə edilən bütün rezervasiyalara və kirayə müqavilələrinə şamil olunur.


2. Rezervasiya Şərtləri

Avtomobil kirayə etmək üçün minimum yaş həddi 21 yaş təşkil edir.


Müştərinin etibarlı sürücülük vəsiqəsi olmalıdır və minimum 1 il sürücülük təcrübəsi tələb olunur.


Rezervasiya zamanı düzgün şəxsi məlumatların təqdim edilməsi mütləqdir.


3. Ödəniş və Depozit Qaydaları


• Ödəniş nağd, kartla və ya online mümkündür.

• Depozit məbləği avtomobilin sinfi, icarə müddəti,sürücülük təcrübəsi və s. nəzərə alınmaqla təyin edilə və ya edilməyə bilər.


Kirayə müddəti bitdikdən sonra avtomobil qaytarılarkən, hər hansı cərimə və ya zərər olmadığı halda tam şəkildə qaytarılır.(əgər depozit təyin olunubsa). Götürülmüş depozit müqavilədə mütləq şəkildə öz əksini tapmalıdır.

4. Təslim və Qaytarılma Qaydaları


• Avtomobil razılaşdırılmış tarix və saatda təhvil verilir.

• Qaytarılma gecikərsə, əlavə ödəniş tətbiq oluna bilər.

• Avtomobil eyni yanacaq səviyyəsi ilə qaytarılmalıdır.


5. Sığorta Şərtləri


• Bütün avtomobillər icbari və kasko sığorta ilə təmin olunub.

• Qəza halında dərhal şirkət və DYP ilə əlaqə saxlanılmalıdır.


6. İstifadə Məhdudiyyətləri

• Avtomobilin üçüncü şəxslərə verilməsi qadağandır.

• Avtomobil yalnız Azərbaycan Respublikasının ərazisində istifadə oluna bilər.

• Qanunsuz fəaliyyətlərdə və sürücülük qaydalarını pozan hallarda istifadəsi qəti qadağandır.


7. Texniki Problem Halları

• Avtomobilin nasazlığı zamanı dərhal bizimlə əlaqə saxlayın.

• Zərurət yarandıqda 24/7 texniki yardım və əvəz maşın təqdim olunur.


8. Müştərinin Məsuliyyəti

• Müştəri avtomobilə vurduğu hər hansı zərəri kompensasiya etməklə məsuldur.

• Avtomobilin salonunun təmiz saxlanılması və avtomobili istismar qaydalarına uyğun istifadə etməsi tələb olunur;

9. Şirkətin Hüquqları

• Şirkət zəruri hallarda sifarişi qəbul etməmək hüququna malikdir (sənədlərin uyğun olmaması və ya təhlükəsizlik səbəbləri).

• Şirkət bu şərtləri xəbərdarlıq etmədən dəyişdirmək hüququnu özündə saxlayır. Dəyişikliklər saytımızda elan olunduğu tarixdən qüvvəyə minir.

Hər hansı sualınız yaranarsa, bizimlə əlaqə saxlayın:

📞 Telefon:

+994 (50)484-00-06

+994 (55)484-00-06

+994 (99)484-00-06

📧 Email: contact@crbnrnt.az

📍 Ünvan: Ələsgər Qayıbov küçəsi, 12/22 Bakı

Carbon Rent A Car komandası olaraq xidmətimizdən istifadə etdiyiniz üçün təşəkkür edirik və sizə rahat, təhlükəsiz səyahətlər arzulayırıq.

Create a free website with Framer, the website builder loved by startups, designers and agencies.

Edit Content